"Bu gün BMT-də keçmişdə baş verənləri rəsmi şəkildə yenidən qiymətləndirmək üçün hər hansı bir mexanizm yoxdur. Bu problem həll edilməlidir".
Oxu.Az xəbər verir ki, bunu ABŞ-də idarəçilik üzrə beynəlxalq məsləhətçi Karlayl Korbin Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar" mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.
O vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən kolonializm beynəlxalq hüquq məsələsidir:
"1947-1960-cı illər arasındakı dövr ilk dekolonizasiya mərhələsi olub. 1960-cı ildən 1990-cı ilə qədər olan dövr isə dekolonizasiyanın ikinci mərhələsi hesab olunur. Lakin biz bu gün də müstəmləkəçiliklə mübarizə aparırıq, amma təslim olmayacağıq".
Mərahim Nəsib