Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Lavrov: "Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tuta bilər"
Azərbaycan və Ermənistan liderləri arasında görüş barədə qərar onların öz ixtiyarındadır, Moskva öz öhdəliklərini yerinə yetirməyə hazırdır.
Bunu BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Rusiyanın Nyu-Yorkda səfərdə olan xarici işlər naziri Sergey Lavrov "Report"un ABŞ bürosunun sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, oktyabrda baş tutacaq BRICS sammiti çərçivəsində Rusiyanın təşəbbüsü və iştirakı ilə üçlü görüş baş tuta bilər:
"Əgər onlardan təklif gələrsə, biz hər zaman bu danışıqları aparmağa hazırıq. Bu, onların öz ixtiyarındadır, görüşmək istəsələr, biz hazırıq.
2020-ci ilin noyabr ayının əvvəlində iştirakımızla razılaşdırılanları həyata keçirməyə də həmişə hazırıq. İki il ərzində Rusiya, Azərbaycan və Ermənistan liderləri üç dəfə görüşüblər. Üçtərəfli işçi qrupu yaradılıb, nəqliyyat və kommunikasiyaların bərpası, sərhədlərin demarkasiyası, delimitasiyası və sair mexanizmlər üzərində birgə işləmişik. Biz çiyin-çiyinə durmağa və orada təsbit olunmuş bütün öhdəliklərə əməl etməyə hazırıq".
"Sergey Lavrov" teqi üzrə xəbərlər
- Braziliyada Lavrovu Ledi Qaqa ilə səhv saldılar
- Rusiya Ukraynada atəşkəs üçün şərt irəli sürdü
- Lavrov: "Miqrantların sayını azaltmaq Rusiyanın maraqlarına uyğun deyil"
- Lavrov: "Moskva və Vaşinqton arasında danışıqlar çox adi bir şeydir"
- Lavrov: "Əl sıxma və şərəf sözü NATO üçün heç bir əhəmiyyət kəsb etmir"