Türkiyə Superliqasının 7-ci turunda lider və çempion "Qalatasaray" ev matçında "Kasımpaşa" ilə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, meydan sahibləri matçın yalnız ilk hissəsində fərqləniblər. Osimhenin dublu və İkardinin dəqiq zərbəsi "cim-bom"a üç qolluq üstünülüyü təmin edib.
Lakin ikinci hissədə qonaqlar bu qolların əvəzini çıxmaqla oyundan xalla ayrılmağı bacarıblar - 3:3.
Hazırda "sarı-qırmızılar" 19 xalla yarışa başçılıq edirlər. "Kasımpaşa" isə 7 xalla 12-ci pillədə qərarlaşıb.
Rəylər