"Çin Xalq Respublikası Azərbaycanı işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesində dəstəkləyir".
Oxu.Az xəbər verir ki, bunu Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey mətbuat konfransında bildirib.
O bildirib ki, Çin Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və minadan zərər çəkənlərə yardım göstərilməsi məqsədilə öz imkanları çərçivəsində humanitar yardım göstərməyə davam edir:
"Həmçinin Pekin Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilən ərazilərin inkişafı və dirçəlişi strategiyasını dəstəkləyir, Azərbaycanın sosial inkişafına daha da töhfə vermək istəyir".
Mərahim Nəsib