Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Lu Mey: "Prezident İlham Əliyev artıq 7 dəfə Çinə səfər edib"
"Prezident İlham Əliyev artıq 7 dəfə Çinə səfər edib. Çinin sədri Si Cinpin onunla artıq 10-dan çox görüş keçirib. İki dövlət başçısı arasında yaxşı işgüzar əlaqələr qurulub, dostluq münasibətləri möhkəmlənib. Məhz iki dövlət başçısının strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri tarixin ən yüksək səviyyəsinə yüksəlib".
Oxu.Az xəbər verir ki, bunu Çinin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Lu Mey mətbuat konfransında deyib.
O, səfərin əsas məqamlarını 5 açar sözlə ümumiləşdirib:
"İlk açar söz artımdır. İkincisi, dəstəkdir. Üçüncü söz əməkdaşlıqdır. Səfər zamanı iki ölkənin dövlət başçıları ədliyyə, iqtisadiyyat və ticarət, nəqliyyat, aerokosmik, elm və texnologiya, mədəniyyət, viza rejiminin ləğvi və "Bir Kəmər və Yol" layihəsinin birgə təşviqi üzrə sənədlər imzaladılar.
Dördüncü açar söz dostluqdur. Beşinci açar söz isə gələcəkdir. Yəni Çin-Azərbaycan dostluq münasibətləri bundan sonra da nəsildən-nəslə ötürülərək inkişaf edəcək.
Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının geniş və böyük perspektivləri var. Çin və Azərbaycanın dövlət başçılarının sənədləri həyata keçirmək və ikitərəfli münasibətlərin inkişafına kömək etmək üçün səylərini əsirgəmirlər".
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib
"Si Cinpin" teqi üzrə xəbərlər
- Kremldə Vladimir Putinin Si Cinpinlə görüşü keçirilib
- Rusiya qırıcıları Si Cinpinin təyyarəsini müşayiət ediblər
- Prezident İlham Əliyevin Çin səfəri dünya mediasının diqqətində - Bizdən nə danışırlar?
- Pekin Trampın iddiasını təkzib etdi
- Si Cinpin süni intellektin risklərini açıqladı - Çin dünya liderliyinə hazırlaşır