Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri, cənab Viktor Sederkenyi Ölkə.Az-a müsahibə verib.
Oxu.Az həmin müsahibəni təqdim edir:
“Avropaya Azərbaycanla sıx əlaqədə olmaq lazımdır”
-Qədim Türk xalqı Azərbaycanla və Hunn ölkəsi olan Macarıstanla tarixi əlaqələr mövcuddur. Cənab səfir, xalqlarımız arasındakı tarixi əlaqələri necə xarakterizə edərdiniz və müasir dövrümüzdə bu əlaqələrin inkişafı barədə danışardınız.
-Hərçənd ki, diplomatlar elmi məsələlərə toxunmamalıdırlar. Həqiqətən də biz macarlar, elə siz də azərbaycanlılar hunnları bizim tarixi əcdadlarımız hesab edirik. Belə bir fikir var ki, biz macarların azərbaycanlıların türk kökləri ilə bir çox oxşarlıqlarımız vardır, bu oxşarlıqlar adətlərimizdə, dilimizdə özünü göstərir. Bir çox sözlərimiz eynidir. Biz bununla fəxr edirik və əcdadlarımızın adət-ənənələrini qoruyub saxlayır. Bütün bunlar bu gün bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olmasına köməkdir.
-Macarıstan Azərbaycana dost ölkədir və siyasi əlaqələrimizin yüksək səviyyədə olması buna bariz nümunədir. Azərbaycanda Macarıstan haqqında həmişə xoş təəssüratlar olub. Sizcə bunun səbəbi kimi tarixi əlaqələrdir, yoxsa başqa səbəblər var?
-Əlbəttə, ümumi tarixi köklərimiz Azərbaycanla bu günkü əlaqələrimizin vacib faktorudur. Ancaq bu günkü çağırışları da nəzərə almaq lazımdır. Bizim hökümət 7 il əvvəl Şərqin açılışı “çağırışı” elan etdi və bu çağırışda Azərbaycan strateji istiqamətdir. 2014-cü ildə Prezident İlham Əliyev rəsmi görüşə gələndə biz birlikdə Strateji Müttəfiqlik Deklarasiyası qəbul etdik. Həmin vaxtdan başlayaraq bizim əlaqələr yüksələn xətlə inkişaf edir, rəsmilərin görüşləri daha aktiv olub, parlament üzvlərinin, işgüzar dairələrin, mədəniyyət nümayəndələrinin görüşləri artmışdır və mədəni əlaqələr yenilənmişdir.
2016-cı ilin martında bizim Baş Nazir Azərbaycanı ziyarət etmişdir. Bu zaman yeni iqtisadi müqavilələr imzalanmış, gələcəkdə görüləcək yeni layihələrin istiqaməti göstərilmişdir. Azərbaycan bu istiqamətdə də bizim strateji müttəfiqimizdir.
-Dövlət və hökumət Başçılarının görüşləri göstərir ki, bizim ölkələr arasında əlaqələr inkişaf edir. Cənab Səfir, Sizcə ölkələrimiz arasında iqtisadi, siyasi və humanitar sahədə inkişafı artırmaq üçün daha nə etmək olar?
-Qeyd etdiyim kimi, bizim əlaqələr yüksək səviyyədə və çox möhkəm əsasdadır. Təkcə Xarici İşlər Nazirləri bu il ərzində 4 dəfə görüşmüşlər. Bu görüşlər həm Budapeştdə həm də Beynəlxalq tədbirlərdə olmuşdur. Bu ilin martında Bakıda Macar Mədəniyyəti Günləri keçdi, minlərlə insan bu tədbirləri ziyarət etdi.
Təhsil sahəsində yüksək nailiyyətlərimiz vardır, xeyli azərbaycanlı tələbələr Macarıstan Universitetlərində təhsil alırlar.
Bizim ölkələr arasında heç bir anlaşılmamazlıq yoxdur və əlaqələrimizin hüquqi bazası möhkəmdir. Hökumətlərarası İqtisadi Komissiya müvəffəqiyyətlə vəaliyyət göstərir. Deyim ki, bu komissiyanın bizim tərəfdən həmsədrləri hökumət Nazirləridir ki, bizim hökumətdə bu çox nadir haldır. Ancaq strateji müttəfiqlərimizlə belə nümayəndəlik təyin olunur. Bu faktın özü macar tərəfin Azərbaycana olan yüksək diqqətin təzahürüdür.
Budapeşt və Bakı arasında birbaşa aviareys var ki, bu da bizim əlaqələrin daha möhkəm olmasına kömək edir, vətəndaşların bizim ölkəyə səyahətini asan edir, turizmin inkişafına da böyük dəstəkdir. Bakıda Macarıstanın ticarət evi fəaliyyət göstərir. Bizdə olan məlumata görə tezliklə Azərbaycanın da ticarət nümayəndəsi Budapeştdə öz fəaliyyətinə başlayacaqdır.
Qeyd edim ki, ölkələrimiz arasında ticarət dövriyyəsi bizi qane etmir. Bu bizim nə siyasi, nə də iqtisadi əlaqələrimizi əks etdirmir. Həmin istiqamətdə qarşımızda böyük işlər durur.
-Macarıstan Azərbaycan-Ermənistan arasında olan Dağlıq Qarabağ probleminin həqiqətlərinin dünyaya çatdırılmasında böyük töhvələr verdi. Bir diplomat kimi Siz bu problemin həllini necə görürsünüz?
-Bu sualınıza mənim cavabım çox qısa olacaq. Macarıstan bu problemin yarandığı gündən öz münasibətini bildirmişdir. Bu konflikt Azərbaycanın ərazi bütövlüyü əsasında Sülh yolu ilə həll olunmalıdır.
-Azərbaycanın Avropa ilə əlaqələrinin genişlənməsində Macarıstan xüsusi yerdədir. Macarıstanın Avropa İttifaqına və Avroatlantik Məkana inteqrasiyasında rəsmi Bakıya dəstəyi nə dərəcədədir?
-Macarıstan Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin gücləndirilməsində xüsusi ilə maraqlıdır. İndiki zamanda Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında müttəfiqlik müqaviləsi haqqında danışıqlar gedir. Biz bu danışıqları hər cür təqdir edirik və hesab edirik ki, Avropaya Azərbaycanla sıx əlaqədə olmaq lazımdır. Avropaya Azərbaycanla energetika və rabitə, həmçinin ticarət sahəsində əlaqələr xüsusi ilə lazımdır. Hesab edirik ki, Azərbaycan Avropanın strateji istiqaməti olmalıdır.
-Cənab səfir, Macarıstan Azərbaycan iqtisadiyyatının hansı sahələrinə infestisiya yatırmağa maraqlıdır?
-Azərbaycan iqtisadiyyatının bir çox sahələrinə bizim marağımız vardır. Bütün imkanları nəzərdən keçiririk. Macarıstanda qazındı xammalı yoxdur. Lakin, iqtisadiyyatın bəzi sahələrində bizim çox təcrübəmiz və texnologiyalarda böyük nailiyyətlərimiz vardır. Öz diqqətimizi iqtisadiyyatımızda böyük nailiyyətlərimiz olan istiqamətlərə yönəltmişik. Bu istiqamətlər farmakologiya, kənd təsərrüfatı məhsullarının qablaşdırılması və tikinti sahələridir. Yeni istiqamətlərdən biri də informasiya texnologiyaları xidmətidir. Sadəcə ticari əlaqələrdən birgə layihələrin inkişafına maraqlıyıq. Misal olaraq, Xızı rayonunda bizim Ekzim-Bankın krediti ilə böyük istilik kompleksi tikilir. Bundan başqa Macarıstanın Su-Kanal Korporasiyası ilə sizin “Azərsu” arasında yüksək əməkdaşlıq vardır.
-Tələbə mübadiləsi Sizi qane edirmi və bu mübadilənin artırılması üçün hansı addımların atılmasını planlaşdırırsınız?
-Əlaqələrin bu istiqaməti son illər çox yüksək inkişaf edir. Bu ildən başlayaraq Macarıstan azərbaycanlı tələbələr üçün 200 təqaüd təsis edib. Bu kiçik rəqəm deyil. Biz Azərbayacanın təhsil müəssisələri ilə əlaqələrdə maraqlıyıq. Xüsusi ilə türkologiya və ölkəşünaslıq ixtisasları üzrə. Keçmişimizdən bizə qalan nailiyyətləri öyrənmək bizim gələcəyimizə lazımdır və bu istiqamətdə görüləcək işlər çoxdur. Azərbaycan Dillər Universitetində uzun illərdir macarıstanlı rektor macar dilini tədris edir.
-Cənab səfir, rəsmi Budapeştin bu gün regionda baş verən həqbi münaqişələrə mövqeyi necədir?
-Hökumətimizin regionda baş verən münaqişələrə münasibəti birmənalıdır-Dövlətlərin ərazi bütövlüyü və bütün mübahisələrin Sülh yolu ilə həlli. Bu münaqişələr regionda böyük narahatçılıq yaradır və ölkələrin iqtisadiyyatına mənfi təsir edir.
-Cənab səfir, diplomatik missiyanızı həyata keçirərkən iki ölkə arasında daha hansı sahələrdə inkişaf görmək istərdiniz?
-Macarıstan Azərbaycandakı səfiri kimi mənim bəxtim onda gətirib ki, ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir və mən çalışacağam ki, bu səviyyədə davam etsin və daha da yüksəlsin. Öz fəaliyyətim dairəsində diqqətimi iqtisadi inkişafı daha da yüksəlməsinə yönəldəcəm. Mədəni əlaqələrin daha sıx olmasına çalışacam, vətəndaşlarımız arasında daha sıx əlaqələrin yaranmasına və turist mübadiləsinin yüksəlmıəsinə çalışacam. Sizdə də, bizdə də, yüksəksəviyyəli kurort sahələri vardır.
Mən Azərbaycana cəmisi 2 aydır ki, təyin olunmuşam və bütün planlarım 4 ilə hesablanıb. Azərbaycanın müxtəlif rayonlarını görmək istərdim, onların iqtisadi potensialı ilə yaxından tanış olmaq və bizim müvafiq regionlarla əlaqələrin yaranmasına çalışacağam.
Əlbəttə ki, insanlarla şəxsi əlaqələrimin artmasına və Azərbaycanın mədəniyyət nümayəndələri ilə əlaqələrin artmasına çalışacağam. Planlar var, qalıb onların həyata keçirilməsi.
A.S.
www.oxu.az