“Azərbaycan qardaş ölkə kimi daim Türkiyənin yanındadır”.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bunu XİN rəhbəri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı deyib.
Elmar Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirib.
Mövlud Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib.
09:50
Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub.
Bu barədə Oxu.Az “CNN turk” agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətlər barədə müzakirə aparıblar.