İranın Ramsar şəhərində 5-6 aprel tarixlərində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.
Bu barədə Oxu.Az-a Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, görüşdə üçtərəfli əsasda regional əməkdaşlıq layihələri və qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən digər məsələlər müzakirə olunacaqdır.