Azərbaycan prezidenti İlham Əliyev Mərkəzi Neftçilər Xəstəxanası əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, Abbasəliyev Abbasəli Həbib oğlu, Həsənov Fərhad Rüfət oğlu və Qarayev Hikmət Cəfər oğlu Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.