Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Nezavisimaya qazeta”: “Azərbaycanlılar İlham Əliyevə təşəkkür ediblər”
“Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi hazırkı dövlət başçısı İlham Əliyevin son dərəcə inamlı qələbəsi ilə başa çatıb. Ölkə tarixində ilk dəfə səsvermənin Qarabağ da daxil olmaqla onun bütün ərazisində keçirilməsi nəticəni əvvəlcədən müəyyənləşdirib. Seçicilərin 92%-dən çoxu Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Prezidentə səs veriblər”.
Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrində yer alan məqalədə qeyd olunub.
Bildirilir ki, artıq digər ölkələrdən olan həmkarları İlham Əliyevi qələbə münasibətilə təbrik etməyə başlayıblar. Ekspertlər, müşahidəçilər və seçki komissiyalarının nümayəndələri 76,7 faiz seçici fəallığının son dərəcə yüksək olduğunu və məhz Prezident İlham Əliyevin bu təsirli nəticəyə nail olduğunu qeyd ediblər.
“7 fevral seçkisinin əsas özəlliyi ondan ibarətdir ki, proses Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, o cümlədən 44 günlük müharibə nəticəsində dövlətə qaytarılan Qarabağda keçirilib. Həmin ərazilərdə ümumilikdə 26 seçki məntəqəsi yaradılıb. Təsadüfi deyil ki, İlham Əliyev ailəsi ilə birgə Qarabağın Xankəndi şəhərinə gələrək orada 122 saylı seçki dairəsinin 14 saylı yerli seçki məntəqəsində səs verib”, - deyə materialda vurğulanır.
Diqqətə çatdırılır ki, prezident seçkisində digər namizədlər olsa da, favorit öncədən bəlli idi.
“Seçki kampaniyası cəmi 22 gün davam etdi və həm yerli sakinlərin, həm də ölkəyə gələn beynəlxalq müşahidəçilərin qeyd etdiyi kimi, son dərəcə sakit keçdi”, - məqalədə qeyd olunur.
"Xankəndi" teqi üzrə xəbərlər
- Qarabağda və Şərqi Zəngəzurda peşə təhsili müəssisələri ilə bağlı görülən işlər AÇIQLANDI
- Xankəndi-Ağdam yolunda maşın aşıb, xəsarət alanlar var
- Xankəndi şəhəri Yeni ili Zəfər atəşfəşanlığı ilə qarşılayıb
- Xankəndidə ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
- "Meqa Sığorta" şirkətlər qrupu Xankəndidə filial açdı