"Azərbaycana ilk dəfədir gəlirəm və burada gördüklərim məndə çox xoş təəssürat yaratdı. Xüsusilə ölkənin zəngin tarixi irsi və özünəməxsus koloriti diqqətimi çəkdi. Biz İçərişəhəri və digər bir çox məkanları ziyarət etdik, həmçinin Xəzər dənizi sahilində həyata keçirilən genişmiqyaslı tikinti, abadlıq işləri ilə tanış olduq".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) özbəkistanlı nümayəndəsi Artyom Kreskas deyib.
O bildirib ki, Azərbaycanda inkişaf bütün istiqamətlər üzrə paralel şəkildə davam edir:
"Yolların çəkilişi, mühəndis-kommunikasiya şəbəkələrinin qurulması, yaşayış məntəqələrinin kompleks yanaşma əsasında inşası nəzərimizi cəlb etdi. Uşaq bağçaları, məktəblər və digər sosial obyektlərin əlçatan məsafədə yerləşməsi çox müsbət yanaşmadır".
"Həmçinin bir çox özəl sektor nümayəndələri və şirkətlərlə davamlı danışıqlarımız aparılır, əməkdaşlıq əlaqələri genişləndirilir və beynəlxalq səviyyədə yüksək qiymətləndirilən birgə investisiya layihələrinin həyata keçirilməsi istiqamətində işlər görülür. Hesab edirəm ki, bu əməkdaşlıq gələcəkdə də fasiləsiz şəkildə davam etdirilməlidir. Tikinti sahəsi, layihələndirmə, icazə prosedurları və özəl sektor üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı xüsusi əhəmiyyət daşıyır", - deyə nümayəndə qeyd edib.