Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Paşinyan atəşkəsin pozulması hallarının araşdırılması ilə bağlı mexanizm yaratmağı təklif etdi
"Biz Bakını sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün dəvət etməyə hazırıq".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Həqiqi vəziyyəti anlamaq, o cümlədən beynəlxalq ictimaiyyət üçün, düşünürəm ki, sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq yaxşı fikir olardı. Mən belə bir təkliflə çıxış etməyə hazıram", - deyə Paşinyan bildirib.
Xatırladaq ki, iyunun 13 və 14-də Ermənistan hərbçiləri tərəfindən Azərbaycan mövqeləri atəşə tutulub. Ermənistan Müdafiə Nazirliyi isə bunu təkzib edib.
Mənbə: TASS
"Azərbaycan-Ermənistan münasibətləri" teqi üzrə xəbərlər
- Alen Simonyan Sahibə Qafarova ilə görüşdə: "Dalana dirənmə barədə danışmağa dəyməz"
- Albert İsakov: "Erməni cəmiyyəti etiraf etməlidir ki, azərbaycanlılar Ermənistanda yaşayırdılar"
- XİN rəhbəri: "İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır"
- Zaxarova: "Ermənistanda Aİ missiyası ölkələrə qarşı işləyən monitorinq casuslarıdır"
- Koçaryan və Sarqsyan həbs ediləcəklər?