Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Paşinyan: "Biz Azərbaycanla münasibətlərin normallaşması üçün konstruktiv həllər təklif etmişik"
"Ermənistan Azərbaycan ilə münasibətlərə dair bütün məsələlərlə bağlı konstruktiv həll yolları təklif edib".
Oxu.Az-ın xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdəki paylaşımında qeyd edib.
"Ermənistan tərəfindən həyata keçirilən balanslaşdırma siyasəti birinci mərhələnin aşılmasıdır", - deyə o yazıb.
Paşinyan, həmçinin qeyd edib ki, Türkiyə ilə qarşılıqlı anlaşma üçün əhəmiyyətli baza formalaşdırılıb.
Rusiya ilə münasibətlərə toxunan Nikol Paşinyan bildirib ki, bu münasibətlər heç vaxt olmadığı qədər praqmatikdir və Ermənistan qarşılıqlı faydalı əməkdaşlıq və suverenlik əsasında bunu inkişaf etdirməyi hədəfləyir.
O əlavə edib ki, İranla əməkdaşlıq heç vaxt olmadığı qədər realdır və təbii maraqlara əsaslanır, bu da qarşılıqlı fəaliyyət üçün ən etibarlı baza və sabit münasibətlərin təminatıdır.
Paşinyan, həmçinin vurğulayıb ki, qonşu Gürcüstanla münasibətlər strateji tərəfdaşlıq relsinə salınıb və bu da yeni perspektivlər açır.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyan: "Sosial mediada ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur"
- Paşinyan: "Ermənistan və Azərbaycan sərhəddə üçüncü ölkələrin qüvvələrini yerləşdirməyəcək"
- Paşinyandan Azərbaycanla sülh sazişi ilə bağlı AÇIQLAMA
- Paşinyan: "Yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşırıq"
- Paşinyan türkiyəli jurnalistlərə ilk müsahibəsini verdi