Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə N.Paşinyanın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, N.Paşinyan və R.T.Ərdoğan təkcə Vaşinqtonda imzalanmış sənədləri deyil, həmçinin İrəvan-Ankara ikitərəfli münasibətlərini müzakirə ediblər.
Ermənistanın baş naziri söyləyib ki, indi iki ölkə arasında nəzərdə tutulan planları həyata keçirmək üçün ən əlverişli mühit yaranıb.
Məlumat üçün əlavə edək ki, N.Paşinyan bu gün Fransa, Rusiya və İran prezidentləri ilə də Vaşinqtondakı danışıqları müzakirə edib.