Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Prezident İlham Əliyev: "Qvineya-Bisau ilə siyasi münasibətlər çox yaxşıdır"
"Bu səfər tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisaunun prezidenti rəsmi səfərə gəlib. Biz artıq ikitərəfli gündəliyə aid olan mühüm məsələləri müzakirə etdik və belə razılığa gəldik ki, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirək".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo ilə mətbuata bəyanatında səsləndirib.
Ölkələrimiz arasında siyasi münasibətlərin çox yaxşı olduğunu vurğulayan dövlətimizin başçısı, həmçinin qeyd edib:
"Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Əməkdaşlıq üçün yeni istiqamət: Azərbaycan-Afrika əlaqələri daha geniş sahələri əhatə edəcək
- Prezident Umaru Sisoku Embalo: "Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir"
- İlham Əliyev və Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər
- İlham Əliyevin Qvineya-Bisau prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub
- İlham Əliyevin Qvineya-Bisau prezidenti ilə təkbətək görüşü olub