"Bu yaxınlarda Qərbi Azərbaycan İcması orta məktəblərə dərslik hazırlayan bir qrup müəllim heyəti ilə görüş keçirəcək".
Bunu Oxu.Az-ın sualına cavab olaraq jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.
Onun sözlərinə görə, görüşün məqsədi Qərbi Azərbaycan həqiqətlərinin orta məktəb dərslikləri səviyyəsində təbliğidir:
"Düşünürük ki, bu ideyanın inkişafı bilavasitə auditoriya və sinif otaqlarından keçir. Qərbi Azərbaycan həqiqətlərini özündə əks etdirən materiallar dərsliklərə daxil edilməlidir".
Mərahim Nəsib