Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Oxu.Az President.az-a istinadən xəbərinə görə, sərəncamda qeyd olunur ki, 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilib. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaqdır.
Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabineti Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Mixail Qusman İlham Əliyevin medianın inkişafına töhfəsi haqqında konfrans keçirməyi təklif edib
- Vərəsəliklə bağlı yeni qaydalar - Prezident TƏSDİQLƏDİ
- İlham Əliyev "Elektroenergetika haqqında" qanundakı dəyişiklikləri təsdiqlədi
- Prezident Çinlə imzalanmış müqaviləni TƏSDİQLƏDİ
- Prezident Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna yeni rektor təyin etdi