Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM](https://images.oxu.az/2025/02/14/CnK25r1ShaB6loeJIhJriaCQxJheoIAbczgZYHD3:1200.webp)
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995-2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Bundan başqa, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.
![](https://img.youtube.com/vi/sIKxHKzH1cA/sddefault.jpg)
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Suriyanın keçid dövrü prezidentini təbrik edib
- Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd olunacaq
- Qərbi Azərbaycan Xronikası: "Hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir"
- İlham Əliyev Rüfət Mahmuda yüksək vəzifə verdi
- Prezident dövlət xidmətinin bəzi əməkdaşlarını təltif etdi