Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Prezidentin köməkçisi: "Ermənistan konstitusiyasında dəyişilməli olan məqamlar var"
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin və təşəbbüsün müəllifi Azərbaycan Respublikasıdır. Ermənistanın işğal dövründə Azərbaycana qarşı törətdiyi insanlıq əleyhinə müharibə cinayətləri və digər əməllər yaddan çıxası faktlar deyil".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bunlar ümumi kontekstdə nəzərdən keçirilməlidir:
"Bugünkü çıxışında cənab Prezidentin də qeyd etdiyi kimi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır və Ermənistan konstitusiyasında dəyişilməli olan məqamlar var. Bu, nəticə etibarilə regionda davamlı sülhün bazasını və əsasını təmin etməlidir. Nəzərə almaq lazımdır ki, dövlətlərarası münasibətlərdə münaqişələrin həllində ölkələrin konstitusiyasının dəyişdirilməsi birinci hal deyil".
Mərahim Nəsib
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev: "Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir"
- Hikmət Hacıyev isveçli analitiklərlə Ermənistanla normallaşma prosesini müzakirə edib
- Koçaryanın ekstradisiyası: Bakı hansı konvensiyaya istinad edə bilər?
- Trampın köməkçisi: "Cənubi Qafqazdakı münaqişə sona çatmalıdır"
- Hikmət Hacıyev: "Bakı Forumu özünü beynəlxalq platforma kimi təsdiqləyib"