ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinə dair Rusiya ilə birgə səyləri gücləndirməyə hazır olduğunu bildirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
“Prezident Obama Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olmaq üçün Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədrləri qismində səylərini artırmağa hazır olduğunu bildirib”, - məlumatda deyilir.
06.07.2016 22:50
ABŞ prezidenti Barak Obama Rusiya lideri Vladimir Putinlə telefon danışığında RF-nın Dağlıq Qarabağ tənzimlənməsi üzrə səylərini yüksək qiymətləndirib.
Oxu.Az-ın İnterfaks-a istinadən verdiyi xəbərinə görə, bunu Kremlin mətbuat xidməti bildirib.
Putin Obamaya iyunun 20-də Sankt-Peterburqda Azərbaycanın lideri İlham Əliyev və Ermənistanın prezidenti Serj Sarkisyan arasında baş tutmuş üçtərəfli görüş barədə məlumat verib.
«Vladimir Putin vurğulayıb ki, danışıqların təşkili zamanı Rusiya münaqişə zonasında vəziyyətin tezliklə sabitləşməsinə və sülh prosesinin irəliləyişinə şərait yaratmaq zərurətindən çıxış edib. Barak Obama Rusiyanın səylərini yüksək qiymətləndirib»,- deyə məlumatda bildirilir.