Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qırğızıstanda baş nazirin vəzifəsindən azad edilməsinin səbəbi açıqlandı
Qırğızıstanın Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov tutduğu vəzifədən başqa işə keçməsi ilə əlaqədar azad edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə ölkə prezidenti Sadır Japarovun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, baş nazirin və prezident administrasiyası rəhbərinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə bu vaxta qədər hökumət başçısının birinci müavini işləyən 64 yaşlı Adılbek Kasımaliyev təyin edilib.
A.Japarov 2021-ci ilin oktyabrından Nazirlər Kabinetinin sədri və Qırğızıstan prezidentinin administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Bəzi yerli KİV-lər onun öz istəyi ilə ərizə yazaraq işdən getdiyini bildirir.
Akılbek Japarov Qırğızıstan respublikanın Nazirlər Kabinetinin rəhbəri vəzifəsindən azad edilib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Qırğızıstan dövlət başçısının Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilir ki, ölkə Prezidenti Sadır Japarov bununla bağlı fərman imzalayıb.
"Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Akılbek Japarovun Nazirlər Kabinetinin sədri, Qırğızıstan Respublikası Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb", - deyə Mətbuat Xidmətinin nümayəndəsi bildirib.
"Qırğızıstan" teqi üzrə xəbərlər
- "Şamaxı" ilə yollarını ayıran futbolçu legioner həyatı yaşamağa hazırlaşır
- AZAL təyyarəsinin qəzasında xəsarət alan Qırğızıstan vətəndaşları Bişkekə yola salınıblar
- Qırğızıstan təyyarə qəzası ilə əlaqədar Qazaxıstana nümayəndə heyəti göndərəcək
- Baş nazir: "Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı inkişaf edəcək"
- Qırğızıstan prezidenti baş naziri vəzifədən azad etməsinin səbəbini açıqladı