Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyə Suriyada "insan sallaqxanası" kimi tanınan həbsxanaya axtarış-xilasetmə qrupu göndərir
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Suriyadakı "Sednaya" hərbi həbsxanasında axtarış-xilasetmə əməliyyatı aparmaq üçün qrup göndərəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Milliyet" xəbər yayıb.
Bildirilir ki, axtarış qrupu 80 nəfərdən ibarətdir.
Qeyd olunur ki, "insan sallaqxanası" kimi tanınan həbsxana Əsəd rejiminin Müdafiə Nazirliyinə bağlı olaraq fəaliyyət göstərən və köhnə rejimə qarşı etirazçıların saxlanıldığı, işgəncəyə məruz qaldığı bir yer kimi tanınır. "Amnesty International"ın 2016-cı il qiymətləndirməsinə görə, "Sednaya"nın iki korpusunda 20 min məhbus saxlanılıb. Üsyançılar həbsxanaya daxil olduqdan sonra orada gizli yeraltı kameralar - "qırmızı blok" adlanan və minlərlə məhbusun saxlanıla biləcəyi yerlərin aşkar edildiyi barədə məlumatlar yayılıb. Həbsxana mühafizəsi qaçıb, bu da elektron kilidlə bağlanmış bəzi kameralara girişi çətinləşdirib. Dəməşq bələdiyyəsi sosial şəbəkələrdə hərbçiləri və keçmiş həbsxana işçilərini kilid kodlarını üsyançılara verməyə çağırıb.
AFAD komandaları xüsusi cihazlarla axtarış-xilasetmə fəaliyyəti həyata keçirəcəklər. AFAD-ın sədri Okay Memiş mövzu ilə bağlı yaxın zamanda mətbuat açıqlaması verəcək.
Rəylər