Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ömrünün 21 ilini Sednaya həbsxanasında keçirən türkiyəli: "Cəsədlərdən çarpayı düzəldib..."
Suriyanın Sednaya həbsxanasında 21 il dustaq olan Türkiyə vətəndaşı Riyad Avlar başına gələn bəzi hadisələri danışıb.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, o, 2017-ci ildə azadlığa çıxıb və ömrünü onunla eyni taleyi paylaşanların müdafiəsinə həsr edib.
"Əvvəlcə mənə hər gün işgəncə verməyə başladılar, bütün günü, hətta gecə də. Zəncir gətirib məni zəncirlədilər. O vaxt gənc idim, özümə baxıb dedim: Axı, mən kiməm və niyə bu işgəncələr başıma gətirilir?"
Riyad Avlar bildirib ki, Sednaya həbsxanasında məhkumların yatmağa belə yerləri olmayıb:
"Bəzi məhbuslar ölən dostlarının cəsədlərini yığıb, özlərinə çarpayı düzəldib, onların üstündə yatıblar".
Qeyd edək ki, Riyad Avlar 1995-ci ildə təhsili üçün Hataydan Suriyanın Hələb şəhərinə yollanıb. Lakin onu Türkiyəyə casusluq ittihamı ilə həbs edərək Sednaya həbsxanasına salıblar.
Məlumat üçün əlavə edək ki, Sednaya həbsxanası 1987-ci ildə tikilib və hərbi personalın saxlanılması üçün nəzərdə tutulub. Ancaq sonradan əsasən siyasi məhbusların və hökumət əleyhdarlarının saxlanıldığı bir həbsxanaya çevrilib.
"Suriya" teqi üzrə xəbərlər
- Aİ Suriyaya qarşı sanksiyaları dayandırdı
- Aİ Suriyaya qarşı bəzi sanksiyaları dayandıracaq
- Suriyada "Hizbullah"a silah satan qruplaşmanın üzvləri SAXLANILDILAR
- Suriyada səfirliyimizin fəaliyyətə başlaması əlaqələrimizi yeni mərhələyə qaldıracaq
- Tramp Suriyada "Əl-Qaidə" başçılarından birinin məhv edildiyini açıqlayıb