Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qubad İbadoğlunun övladı erməni lobbisinin tədbirində çıxış edəcək
Azərbaycanlı iqtisadçı Qubad İbadoğlunun oğlu Emin Bayramlı erməni lobbisinin ən böyük siyasi təşkilatı olan Amerika Erməniləri Milli Komitəsinin (ANCA) iclasında çıxış etməyə hazırlaşır.
Caliber.Az-ın əldə etdiyi məlumata görə, Emin Bayramlı ilə bərabər, iclasda özlərini separatçıların "ombudsmanı" elan etmiş Geqam Stepanyan və qondarma rejimin "hüquqların müdafiəsi komitəsinin rəhbəri" Karnik Kerqanyan da iştirak edəcəklər.
Amerika Erməniləri Milli Komitəsinin tədbirində Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə ediləcək.
Xatırladaq ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.
Onun barəsində ötən ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, məhkəmə bu ilin aprel ayının 22-də Q.İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı qərar qəbul edib.
"Qubad İbadoğlu" teqi üzrə xəbərlər
- Fazil Qasımov Qubad İbadoğlunu məhkəməyə çağırır
- Həbsdə olan iş adamı cinayət işinə Qubad İbadoğlu ilə bir icraatda baxılmasını istəyib
- Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən iş adamı Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub
- Fazil Qasımovun məhkəməsi başlayır - Qubad İbadoğlunun işi ayrıca icraata götürüldü
- Qubad İbadoğlunun cinayət işi üzrə YENİ QƏRAR