SOCAR-ın prezidenti Rövşən Nəcəf Keniya Prezidenti Uillyam Samoei Ruto ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, görüşdə Keniya Prezidentinə SOCAR-ın strateji hədəfləri, Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi enerji layihələri barədə ətraflı məlumat verilib.
Rövşən Nəcəf Keniya prezidenti ilə görüşüb - FOTO - VİDEO
Söhbət zamanı enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib, insan kapitalının inkişafı, təcrübə mübadilələrinin aparılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qaynar xətt:
(055) 224 12 12