Zaqafqaziyada, o cümlədən də Dağlıq Qarabağ münaqişəsi ətrafında təhlükəsizlik məsələlərini çərşənbə axşamı Rusiyanın XİN rəhbərinin müavini Qriqori Karasin və ABŞ-ın Rusiyadakı səfiri Con Tefft müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında məlumat yayılıb.
“Görüş zamanı Zaqafqaziyada, o cümlədən də Dağlıq Qarabağ münaqişəsi ətrafında təhlükəsizlik məsələləri müzakirə edilib.
Həmçinin Ukrayna böhranının həll edilməsində qarşılıqlı fəaliyyət formalarına dair fikir mübadiləsi olub”, - sənəddə deyilir.
Məlumatda, həmçinin bildirilir ki, Amerika tərəfinin təşəbbüsü ilə keçirlən görüş zamanı Moldova və Gürcüstandakı vəziyyətə də toxunulub.