Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
S&P: Azərbaycanla Ermənistan arasında sülh sazişi COP29 konfransına qədər imzalana bilər
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin analitikləri rəsmi açıqlamalara əsaslanaraq 2024-cü ilin noyabrına, yəni Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını mümkün sayırlar.
"Report"un məlumatına görə, bu barədə agentliyin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib.
Bildirilib ki, Azərbaycan regionda dəyişən geosiyasi vəziyyət fonunda Ermənistanla hərtərəfli sülh sazişi üzrə danışıqları davam etdirir:
"Sülh sazişinin imzalanması ilə bağlı mübahisəli məsələlərdən biri sərhədlərin demarkasiyası prosesidir. Ermənistan hökuməti daha əvvəl Azərbaycanın bir neçə anklav kəndini ona qaytarmaqla bağlı tələbləri ilə razılaşıb. Bu, Ermənistanda ictimai etirazlara səbəb olub. Nəticədə etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər".
Qeyd edilib ki, hər iki tərəf Avropa və MDB-yə üzv ölkələrin bir sıra paytaxtlarında baş tutan ikitərəfli danışıqları intensivləşdirib:
"Rəsmi açıqlamalar 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29-a qədər sülh sazişin imzalanmasının mümkün olduğunu deməyə əsas verir".
"Azərbaycanla Ermənistan arasında sülh sazişi" teqi üzrə xəbərlər
- Sülhlə bağlı neçə maddə razılaşdırılıb? - Paşinyanın mətbuat katibindən mühüm açıqlama
- Paşinyan yenə sərsəmlədi: "Bu, Ermənistanın siyasi xəritədən silinməsi ilə nəticələnə bilər"
- Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI
- 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq?
- Yaşar Gülər: "Qafqazda sabitlik Bakı ilə İrəvanın sülh sazişini imzalamasından keçir"