"Hindistanda davamlı olaraq qeyri-qanuni barbarlıq aksiyaları baş verir, dünya isə susur. Necə ki, illər boyu Ermənistan-Azərbaycan münaqişəsi davam etdiyi müddətcə susmuşdular, indi də eyni yanaşmanı nümayiş etdirirlər".
Oxu.Az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohuiddin keçirdiyi mətbuat konfransında Pakistanın deyib.
O bildirib ki, münaqişənin həlli üçün dünyanın aparıcı dövlətləri səthi deyil, vahid mövqedən çıxış etməlidir:
"Hindistan hökuməti müsəlmanlara qarşı qeyri-insani addımlar atır. Bu məsələyə münasibətdə beynəlxalq hüquqa və prinsiplərə əməl olunmur. Hindistan əslində heç bir halda super güc deyil. Bunu biz anlayırıq, onu dəstəkləyənlər də anlamalıdır".
Mərahim Nəsib