Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İraq SOCAR-ı ölkənin neft sektoruna sərmayə qoymağa dəvət edib
"İraq Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) ölkənin neft sektoruna sərmayə qoymağa dəvət edib".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Məhəmməd Siya əs-Sudani Bağdadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
İraqın baş naziri ölkəsinin enerji sahəsində investisiya imkanları barədə məlumat verib, SOCAR-ın peşəkarlığını müsbət qiymətləndirib və şirkəti neft hasilatı layihələrində iştirak etməyə dəvət edib.
O, həmçinin, qaz hasilatı sənayesinin inkişafı və bu sektora aparıcı beynəlxalq şirkətlərin cəlb edilməsi istiqamətində ölkənin səylərini qeyd edib.

"İraq" teqi üzrə xəbərlər
- Fidan: "Azərbaycanın vasitəçiliyi ilə aparılan deeskalasiya prosesindən istifadə etmək lazımdır"
- İraqda qum fırtınası minlərlə insanı xəstəxanalıq etdi
- İraqda qum fırtınası: İnsanlar nəfəs almaqda çətinlik çəkiblər
- İraqda İrana bağlı "Həşdi-Şəəbi" qüvvələrinin rəhbəri silahı yerə qoyduqlarını açıqladı
- İraqda İranın dəstəklədiyi silahlılar tərksilah olmağa hazırlaşırlar