"Kəşmir xalqı ilə həmrəyliyinə görə Azərbaycana təşəkkür edirəm".
Oxu.Az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohuiddin Hindistan tərəfindən qeyri-qanuni işğal olunmuş Cammu və Kəşmir xalqı ilə həmrəylik ifadə etmək məqsədi daşıyan "İstismar günü" adlı tədbirdə deyib.
Diplomat əlavə edib ki, biz Azərbaycana çox yaxın bir xalqıq və Azərbaycanın öz torpaqlarını azad etməsinə səmimi-qəlbdən sevinirik:
"Azərbaycanın bir hissəsi də 30 il ərzində amansız erməni işğalı altında qalmışdı. Biz isə Azərbaycana yaxın bir xalq olaraq onun suverenliyini və öz qanuni əraziləri üzərində nəzarətini bərpa etməsi ilə fəxr edirik".
Mərahim Nəsib