"Forumda qeyd edildiyi kimi, qlobal informasiya risklərinin sürətlə artdığı, dezinformasiya kampaniyalarının geniş yayıldığı dövrdə türkdilli dövlətlərin media ekosistemində dayanıqlılığının gücləndirilməsi strateji zərurətə çevrilib. Bu səbəbdən türkdili dövlətlərinin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədi ilə təşkil olunan Türk Dövlətləri Təşkilatının Media Forumu mühüm əhəmiyyət kəsb edir".
Oxu.Az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva jurnalistlərə açıqlamasında bildirib:
"Təşkilata üzv dövlətlərin media və kommunikasiya sahəsində məsul yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi forumda təhlükəsiz informasiya mühitinin formalaşdırılması, rəqəmsal media tendensiyalarının operativ şəkildə mənimsənilməsi, kadr potensialının gücləndirilməsi və media savadlılığının ictimaiyyətdə geniş təşviq edilməsi məsələləri müzakirə olunub. Tədbirdə habelə təşkilata üzv dövlətlərin media qurumları arasında məzun mübadiləsinin genişləndirilməsi, strateji kommunikasiya sahəsində koordinasiyalı fəaliyyətin gücləndirilməsi və dezinformasiyaya dair müdafiə mexanizmlərinin formalaşdırılmasının türk dünyası üçün nə dərəcədə prioritet məsələ olduğu vurğulanıb".
Aqil Vəlili