Sergey Lavrovun Azərbaycana rəsmi səfəri başlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, danışıqların gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxildir. Səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş daxildir.
Bu, 2014-cü il ərazində Azərbaycan və Rusiya XİN başçılarının dördüncü görüşü olacaq.
Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən bildirilib ki, tərəflər regional və beynəlxalq gündəmin əsas aspektlərini müzakirə edəcəklər. Müzakirələrdə Həştərxanda keçiriləcək 4-cü Xəzər sammitinə hazırlıq kontekstində Xəzər probleminə diqqət ayrılacaq.
Rusiya XİN-nin rəsmi Facebook səhifəsində isə Sergey Lavrovun Fəxri Xiyabanda çəkilmiş fotoları yerləşdirilib. Rusiya XİN rəhbəri Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, əklil qoyub. Daha sonra isə Şəhidlər Xiyabanına gələn Lavrov burada Əbədi məşəlin önünə də əklil qoyub.