Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Slovakiyanın baş naziri Zelenskiyə xəbərdarlıq edib
Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, əgər Ukrayna Prezidenti Volodimir Zelenski qaz tranzitini bərpa etməsə, Bratislava Avropa Şurasında Kiyevə ayrılan maliyyə yardımının qarşısını alacaq.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
"Mən israr edirəm: əgər Zelenski Ukrayna ərazisindən qaz tranzitini bərpa etməsə, fərqi yoxdur, bu, istər Slovakiya qazı olsun, istərsə də başqa ölkəyə gedən mavi yanacaq, mən Avropa Şurasındakı səs hüququmdan istifadə edəcəyəm", - deyə Robert Fitso vurğulayıb.
Qeyd edək ki, 2025-ci il yanvarın 1-dən Kiyevin müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb. Bu qərar Slovakiyanın və regiondakı digər ölkələrin mavi yanacaq təminatını təhlükə altında qoyub.
"Slovakiya" teqi üzrə xəbərlər
- Slovakiyanın baş naziri Ukraynanın "Türk axını"na hücumuna münasibət bildirib
- Slovakiya tarixində ilk: Polisə qadın rəhbər təyin olundu
- Slovakiya XİN: "Avropa Komissiyası Ukrayna ilə Azərbaycandan qaz tranzitini müzakirə edə bilər"
- Slovakiyada dövlət çevrilişi təhlükəsi: Təcili iclas çağırıldı
- Slovakiyada şagird məktəbdə iki nəfəri öldürdü