Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Italiana Petroli S.p.A" və "MIP S.p.A" arasında səhmlərin alqı-satqısı üzrə üçtərəfli saziş imzalanıb.
Oxu.Az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində baş tutub.
Sazişə SOCAR prezidenti Rövşən Nəcəf və "Italiana Petroli S.p.A" şirkətinin İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imza atıblar.
Bu razılaşma Azərbaycanın enerji sektorunda beynəlxalq əməkdaşlığın dərinləşməsi və SOCAR-ın strateji tərəfdaşlıqlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bakıda keçirilən Birinci #Azərbaycan Beynəlxalq #İnvestisiya Forumu çərçivəsində #SOCAR (@SOCARofficial) ilə "Italiana Petroli S.p.A." və "MIP S.p.A." arasında səhm alqı-satqısı Sazişinin imzalanma mərasimində iştirak etdik. Saziş Azərbaycanın qlobal #enerji təhlükəsizliyində… pic.twitter.com/FVG2OO3MJZ
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 23, 2025
Məhərrəm Əliyev