Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şpakovskidən Paşinyana cavab: "Biz qardaş Azərbaycanla qarşılıqlı əlaqəmizi davam etdirəcəyik"
"Belarus Ermənistanın baş naziri Nikol Paşinyanın Minsklə bağlı impulsiv bəyanatlarını sakitliklə götür-qoy edir".
Bu barədə Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovski məlumat verib.
O vurğulayıb ki, Belarus Ermənistandakı daxili siyasi proseslərə, eləcə də İrəvanın xarici siyasətinə qarışmır:
"Eyni zamanda, tərəfdaşların və müttəfiqlərin seçimi rəsmi Minsk üçün suveren məsələdir və bu halda "ya o, ya da bu" yanaşması bizim üçün qəbuledilməzdir, biz qardaş Azərbaycanla bütün sahələrdə, o cümlədən, hərbi-texniki sahədə qarşılıqlı əlaqədə olmuşuq və bundan sonra da bu əlaqələri davam etdirəcəyik".
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Aleksandr Lukaşenko bu ölkənin prezidenti olduğu müddətdə Belarusa heç vaxt səfər etməyəcək, digər məmurların səfərini də qadağan edəcək, çünki Minsk KTMT-nin üzvü olduğu halda 44 günlük müharibədə Azərbaycanı dəstəkləyib.
Mənbə: TASS