Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Hər il iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd edilsin”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin digər sərəncamı ilə “Meliorator günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli sərəncamı ləğv edilib.