Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tural Gəncəliyev: “Əminəm ki, ABŞ 907-ci düzəlişlə bağlı öz səhvini başa düşəcək” - VİDEO
“Əminəm ki, ABŞ 907-ci düzəlişlə bağlı öz səhvini başa düşəcək”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, 907-ci düzəliş məhz Xocalı soyqırımından bir neçə ay sonra qəbul edilib. Lakin sonradan ABŞ terrorizmlə mübarizə çərçivəsində regionda Azərbaycanla əməkdaşlığa ehtiyac duyduğu üçün bu sənədi dayandırıb.
“Əminəm ki, ABŞ öz səhvini başa düşəcək və bu qərarın gələcəkdə yenidən geri götürüldüyünü görəcəyik. ABŞ bu gün müstəqil siyasət yürütməyə çalışan ölkələri qəbul etmir və onlara qarşı destruktiv siyasət həyata keçirir. Bunu Əfqanıstan, İraq, Türkiyə və bir çox ölkələrin nümunələrində görə bilərik”, - deputat vurğulayıb.

"Əfqanıstan" teqi üzrə xəbərlər
- Əfqanıstanda həbsxanalardan 2500-ə yaxın məhbus azad edilib
- Əfqanıstanda maraqlı hadisə: İki aylıq körpə qarnında doğulmamış əkizini gəzdirib
- Əfqanıstanda qadınların səsinin radio efirlərində eşidilməsinə qadağa qoyuldu
- Pakistan "Taliban"ı ABŞ silahlarından istifadə etməkdə ittiham edir
- Əfqanıstanda qadınların camaat namazında iştirakına qadağa qoyulub