"15 iyul Türkiyə tarixinə qızıl hərflərlə yazılan önəmli bir hadisədir. O gün millətimiz ona zəncirlənməsinin mümkün olmadığını bir daha sübut etdi".
Oxu.Az-ın Ankaraya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən media proqramı çərçivəsində "15 İyul: Yaddaş, Ədalət və Gələcək" mövzulu paneldə çıxışı zamanı deyib.
O bildirib ki, həmin gecə xalqın səfərbərliyinə dünya demokratiya tarixində çox az halda rast gəlinir:
"O gecə millətin iradəsinə dayanan yeni mədəniyyət və şüur yarandı. Türkiyə 100 ili də bu düşüncənin üzərinə inşa edilməkdədir".
"Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə insanlar ölkənin hər yanına axışdılar. Yalın əllə FETÖ-nün xəyanətinə qarşı mübarizə apardılar. Həmin gecə biz də meydanda idik. "Getməyin, insanları öldürürlər" dedilər. Amma getdik. Tanış olduğumuz mənzərə isə dinc insanların dirənişi idi", - deyə B. Duran bildirib.
Mərahim Nəsib