"Azərbaycanın heç bir ölkəyə ərazi iddiası yoxdur. Biz həmçinin Qərbi azərbaycanlıların da dədə-baba torpaqlarına qayıtmasını müdafiə edirik".
Bu sözləri Oxu.Az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədr müavini, millət vəkili Orhan Erdem deyib.
O bildirib ki, insan haqlarının ən fundamental qaydalarından biri hər kəsin doğulduğu torpaqlara getməsi, yaşaması və varsa, itirdiyi mülklərə sahib çıxmasıdır:
"Bu istiqamətdə də başlanan prosesi dəstəkləyir və Azərbaycanın yanında olmağa davam edəcəyik".
Mərahim Nəsib