Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Vecdi Gündoğdu: "Qərbdə müsəlmanlara qarşı nifrət və təhqir aradan qaldırılmalıdır"
"Türkiyə Asiya Parlament Assambleyası (APA) çərçivəsində qadın parlamentlarilər şurasının yaradılmasını dəstəkləyir".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Vecdi Gündoğdu Asiya Parlament Assambleyasının (APA) 15-ci Plenar Sessiyası çərcivəsində Sosial və mədəni məsələlər daimi komitəsinin Milli Məclisdə keçirilən iclasında deyib.
O bildirib ki, qloballaşma müxtəlif çağırışlar ortaya çırarır:
"Qərb müsəlmanlara qarşı olan nifrət nitqinə son verilməlidir. Çünki nifrət nitqi sülhün qarşısını alır. Qərbdə müsəlmanlara qarşı nifrət və təhqir aradan qaldırılmalıdır. Elə siyasət olmalıdır ki, hər kəs sülh şəraitində yaşasın. Ona görə də, bütün sahələrdə əməkdaşlıq gücləndirilməlidir".
Mərahim Nəsib
"Asiya Parlament Assambleyası" teqi üzrə xəbərlər
- Bakı Bəyannaməsində əksini tapan vacib məqamlar
- Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası başa çatıb
- Asiya Parlament Assambleyasının növbəti illər üçün sədrləri seçilib
- Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib
- Asiya Parlament Assambleyasının komitə iclasında səkkiz qətnamə layihəsi təsdiqlənib