Oxu.Az-ın suallarına politoloq Vəfa Quluzadə cavab verir.
- Kaliforniya Senatında Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını necə şərh edərdiniz?
- Diaspora boş dayanmayıb, amma onun çalışmaları pozitiv nəticələr vermir. Çünki, ayrı-ayrı ştatların, senatların bu tanımaları erməni diasporasının fəaliyyətinin nəticəsidir və onların tanımaları sıfıra bərabərdir. Onlar bununla heç bir şey əldə etmirlər. Heç bir Amerika administrasiyası “erməni soyqırımı”nı tanımır. Heç bir Amerika administrasiyası Dağlıq Qarabağın müstəqilliyini tanımır və tanımayacaq da, onlar Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Bakıya tabeliyini tanıyır.
Ona görə də kaliforniyalı senatların qərarına necə münasibət bəsləməyimi belə bilmirəm. İt hürər karvan keçər.
- Belə çıxır ki, erməni diasporası nahaq yerə böyük vəsaitlər xərcləyir?
- Şəxsən mən hesab edirəm ki, onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki ərazi bütövlüyü qərb demokratiyası, beynəlxalq hüquq üçün vacibdir. Çünki əgər dünyanın müxtəlif yerlərində ərazi bütövlüyünün pozulması dəstəklənsə bu xaosa gətirib çıxaracaq.
Mən ATƏT-in yüksək səviyyəli sammitlərinin iştirakçısıyam. Ən məşhur Sammit Lissabonda təşkil edilmişdi. Bu sammitdə Ermənistan Dağlıq Qarabağ haqqında məsələni qapalı saxlamışdı, çünki sammitdə qərarlar konsensus səviyyəsində qəbul edilir. Azərbaycan Lissabon sammitindən əliboş getməli idi. Amma Azərbaycanın təzyiqi sayəsində biz onları seçim qarşısında qoyduq: ya biz sammitin sənədlərini şübhə altında qoyuruq, ya da Qarabağ məsələsi gündəmə salınır. O zaman bu məsələ “konsensus -1” prinsipi ilə gündəmə salındı. Yəni Ermənistanı çıxdılar, qalan dövlətlər isə Azərbaycanın ərazi bütövlüyünü tanıdılar. Lissabon sammiti Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını, bu məsələnin Azərbaycan və Ermənistan arasında danışıqlar əsasında nizamlanmasını qəbul etdi. Levon Ter-Petrosyan bu sammitdə az qala infarkt olacaqdı. Bax belə.
Erməni ideologiyası – “Böyük Ermənistan”ın yaradılmasıdır. Onların ideologiyası – bütün ermənilərin “Türkiyənin erməni soyqırımı” əsasında birləşdirilməsidir. Amma bu çürük ideologiyadır, və mən əminəm ki, o zamanın sınağından çıxmayacaq.
- Ukraynadakı hadisələr, eləcə də Dağlıq Qarabağın özündə münaqişə zonasında gərginlik yalnız silahlı qarşıdurma səviyyəsinə keçdikdə Qərb və ABŞ-ın belə münaqişələrə diqqət yetirir. Bu, Qarabağ probleminə Qərbin diqqətini çəkməyin yeganə yolu müharibə olduğu anlamına gəlirmi?
- Düşünmürəm ki, bu suala düzgün yanaşmadır. Qarabağ münaqişəsi başlayan zaman ABŞ-ın əsas rəqibi SSRİ yeni süquta uğramışdı. Rusiyada nəhəng neqativ proseslər gedirdi, sosialist sisteminin dağılması iqtisadi böhran, kapitalizmin qurulması ilə müşaiyət edilirdi, bu isə Rusiyaya məhvedici təsir edirdi. Və belə vəziyyətdə heç kim Rusiya ilə münasibəti kəskinləşdirmək istəmirdi: “Onsuz da dağılır, Qarabağ məsələsinə görə onunla münasibəti kəskinləşdirməyə dəyməz”. Yəni Amerika strategiyası bu sualı sonraya saxladı. İlkin məsələ - bu neqativ tendensiyaların inkişafına mane olmamaq idi. Eləcə də Sovet ideologiyasının və dövlətinin dağılmasından sonra Rusiyada qərb yönümlü tendensiyaların inkişafına ümid var idi. Onlar həqiqətən də inkişaf etdilər, amma sona qədər yox, Rusiya imperiya olaraq məğzini dəyişməmişdi. Bu indi, həm ideoloji, həm də Rusiya siyasi elitasının etmək istədikləri sahəsində Sovet və çar imperiyasının qarışığı idi.
Ona görə də məsələyə qlobal yanaşsaq, amerikalılar düzgün davranıblar. Rusiya ilə o zaman Qarabağa görə müharibə aparmağa dəyməzdi. İndi isə dəyər. Dəyər, çünki amerikan neftdollarında möhkəmlənmiş Rusiya Ukraynada münaqişə yaratdı, indi isə cənubi-şərqə müdaxilə edib, Rusiyanın bu avantüranı keçmiş çar imperiyasının digər regionlarında da təkrar etmək istəyəcəyi təhlükəsi var. Ona görə də indi ABŞ maraqları Azərbaycanda güclü təqdim edilib və Amerika onlarla risk etmək istəməz.
Deməli, indi amerikalılara Qarabağ problemi ilə ciddi məşğul olmaq lazımdır. Rusiya və Amerika bu problemdən daha çox kimin istifadə edə biləcəyi üçün yarışırlar. Düşünürəm ki, Rusiya Azərbaycana zərbə endirməyə cürət etməz, çünki bu, birbaşa Amerika maraqlarına zərbə olar. Amma mübarizə olacaq. Rusiya artıq Azərbaycana qarşı tonunu dəyişib, Rusiyada Ermənistanı silahladıraraq və atəşkəs rejimini pozmaqla yanaşı hansısa dostluqdan danışırlar. ABŞ-da isə Qarabağ problemi barədə danışıqlar getdikcə geniş vüsət alır. Qərb siyasətçiləri isə hal-hazırda söhbətin Rusiya işğalından getdiyindən danışmağa başlayıblar. Bu tendensiyalar artıq mövcuddur.