Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Urban Expo" sərgisində yerləşən Azərbaycan pavilyonunda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoquna start verilib.
Oxu.Az-ın məlumatına görə, WUF13 üzrə milli əlaqələndiricinin müavini və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini Gülşən Rzayevanın moderatorluğu ilə keçirilən "D-8 bölgəsində davamlı şəhərlərin enerji keçidlərinin şəhər inkişafı prioritetləri ilə əlaqələndirilməsi" mövzusunda tədbirdə D-8 ölkələrinin energetika nazirləri, şəhərsalma və memarlıq sahəsində rəhbər şəxslər, eləcə də şəhər rəhbərləri iştirak edirlər.
Bu dialoq dayanıqlı şəhər inkişafı, ətraf mühitin qorunması və iqlimə davamlılıq istiqamətlərində beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün önəmli platforma kimi çıxış edir.