Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xankəndidə "vəzifə" sahibi olmuş separatçının evində axtarış aparılır
Ermənistanın təhlükəsizlik qüvvələri işğal illərində Azərbaycanın Xankəndi şəhərində keçmiş separatçı rejimin funksionerlərindən olan David Sarkisyanın evində axtarış aparıb.
Bu barədə erməni hüquq müdafiəçisi Ruben Melikyan sosial şəbəkələrdə məlumat verib.
Vəkil hələlik başqa təfərrüat açıqlamayıb.
Xatırladaq ki, bundan əvvəl Qarabağın işğalı illərində qondarma separatçı rejimin rəhbərliyi tərəfindən Ağdərədə fəaliyyət göstərən Mişa Qyurcyan saxlanılıb, rejimin Əsgəran qəsəbəsində funksionerlərindən olan Ayk Şamiryan isə ev dustaqlığına məhkum edilib.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar