Xəzər üzrə işçi qrup payızda Tehranda və Aşqabadda toplanacaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov Astanada Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bəyan edib.
“Ekspertlərin növbəti görüşü sentyabrda Tehranda və oktyabrda Aşqabadda keçiriləcək”, - deyə İdrisov bəyan edib.
Onun sözlərinə görə, bundan sonra xarici işlər nazirləri səviyyəsində növbəti görüşün vaxtı müəyyən ediləcək.