Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yuri Qusev: "Azərbaycan həqiqi və etibarlı dostdur"
"Azərbaycan Ukraynanın xarici siyasətində mühüm yer tutur. Bu, dövlət başçılarımızın müntəzəm görüşləri və nazirliklərin sıx dialoqu ilə vurğulanır".
Oxu.az-ın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev mətbuat konfransında bildirib:
"Bu gün biz əminiklə deyə bilərik ki, Azərbaycan Respublikası yalnız strateji tərəfdaş deyil, həm də müasir qlobal çağırış və təhdidlər şəraitində öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyin qiymətini yaxşı bilən həqiqi və etibarlı dostdur".
Diplomat beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində Ukraynanın suverenliyini və ərazi bütövlüyünün dəstəkləməsi ilə bağlı rəsmi Bakının aydın və sarsılmaz siyasətini qiymətləndirdiklərini vurğulayıb:
"Öz növbəsində Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyəcək. Bu prinsip dövlətimiz üçün əsasdır".