"Azərbaycan və İsrail arasında güclü ikitərəfli münasibətlər bizim üçün son dərəcə vacibdir".
Oxu.Az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.
O qeyd edib ki, dünən İsraildəki infrastruktur layihələrində iştirak edə biləcək Azərbaycan şirkətlərinin cəlb edilməsinin praktiki yolları müzakirə edilib:
"Forumda 110-dan çox şirkət iştirak edir. Bu forum tərəfdaşlığımızı real iqtisadi nəticələrə çevirmək istiqamətində ortaq sadiqliyimizi nümayiş etdirir".
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev