Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinə aid olduğu ehtimal edilir.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, bununla əlaqədar meyitin tanınması və vətənə gətirilməsi üçün bu gün FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.
E.Ə.
www.oxu.az
Rəylər