Okt
2016
15:50
215
33
14184
Virtual karabakh

“Porsche”dəki avtoxuliqan həbs edildi – VİDEO

6 Okt, 2016
15:50
14184

“Porsche”dəki avtoxuliqan həbs edildi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəhman İbrahimovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırıldı. Bakıda toy karvanında avtoxuliqanlıq edən sürücüyə inzibati həbs cəzası verilib.

Oxu.Az xəbər verir ki, Avtosfer.az-ın Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü İbrahimov Rəhman Faiq oğlu bu gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 20 gün inzibati həbs cəzasına məhkum edilib.

Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. O, dostunun toyunda idarə etdiyi “Porsche” markalı avtomobillə avtoxuliqanlıq etdiyi üçün dünən gecə Bakıda yol polisləri tərəfindən saxlanılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda hadisənin Təhsil Nazirliyi tərəfdən Heydər Əliyev prospektinə çıxan körpüdə baş verdiyi bildirilir. Toy karvanında hərəkət edən “Porsche” markalı avtomobilin tərsinə hərəkət etməsi görənləri təəccübləndirib. Sürücü avtomobili bir neçə dəqiqə bu cür idarə edib. “Avtoşluq” edən sürücünü kameraya çəkən yaxını onu “Zadni Rəhman” kimi təqdim edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, Nərimanov Rayon Məhkəməsi ədalətli qərar verməklə həmin oğlana “şərait” yaratmış oldu…

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri