Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Arif və Leyla Yunusların məxfi dosyesi – II hissə
“Onlar bu Elçibəylə necə öpüşürlər?! Onlar sifəti qadın cinsiyyət üzvünə bənzəyən bu adamı necə tərifləyib göylərə qaldırırlar?!” - sosial-demokrat Leyla Yunus Xalq Cəbhəsinin lideri haqda belə deyirdi. Özü də bütün sosial-demokratların qarşısında... Leyla Yunus 1976-cı ildə SSRİ KQB-sinin sədri Vitali Sergeyeviç Krasilnikova müraciət edərək etiraf və tövbələr edən, daha sonra da yalvarıb aman diləyən gələcək prezidentə əlcək atırdı.
Oxu.Az Virtualaz.org-a yerləşdirilmiş Arif və Leyla Yunusların məxfi dosyesinin II hissəsini təqdim edir:
Liberal Leyla Yunus “çərxi-fələyin gərdişindən hakimiyyətin ən yüksək zirvəsinə dırmaşan təsadüfi adam” barədəki sevimli sözlərini bütün sosial-demokratların gözü qarşısında dönə-dönə təkrarlayırdı. Həmin təsadüfi adam isə Yunuslar-Barseqyanlar klanının timsalındakı “beşinci erməni kolon”unun Cəbhə hakimiyyəti dəhlizlərindəki mövqelərini möhkəmləndirməkdə idi.
Bəli, bəli, millətçi Elçibəyə hətta dərin və kor nifrət hissi bəsləməsi belə bu sosdem xanıma öz yoldaşlarından və ictimai demokratiyadan yenidən uzaqlaşmasına və bir vaxtlar - demokratiya uğrunda yalançı mübarizə illərində - üzünə əlcək atdığı adamın “bozqurdçu” hakimiyyətinin kabinetlərinə soxulmasına mane ola bilmədi. Marksizmi rədd edib (marksizmdən öz milli məqsədlərinə çatmaq üçün istifadə etmək daşnakların çoxdankı taktikasıdır) “boz qurd”a sarılıb ona and içən bu militar “demokrat” əyninə hərbi forma geyindi ki, azərbaycanlıların isti ocağına yeni müharibə haqda hər gün təzə xəbərlər çatdırsın.
Bəli, söhbət 1991-ci ildə keçirilmiş “Həlqə” xüsusi əməliyyatı zamanı yaxasını-başını cıran, bütün dünyanın Azərbaycan xüsusi təyinatlılarının Çaykənd və Qarabağdakı “dinc ermənilər” üzərinə müzəffər hücumunu dayandırmağa çağıran həmin o pasifist qadından gedir.
...Zəmanə dəyişmişdi. O dövrün siyasi dəbi hərbi radikallıq tələb edirdi. Sülhsevər Yunusun əvvəlki rolu yeni siyasi şəraitdə heç yerinə düşmürdü. Yunus bu şəraitdə pasifist olaraq qalsaydı, siyasi səhnədə heç kim onu başa düşməz və rədd edərdi.
Beləliklə, erməni Arşalyus Barseqyanın Azərbaycan Müdafiə Nazirliyinin analitik informasiya xidmətinə rəhbərlik edən gəlini (bilmirsən buna güləsən, yoxsa ağlayasan!) Şuşanın “təntənəli” təslimi ərəfəsində - 1992-ci il, mayın 4-də özünə yeni rol biçir. Leyla Yunus özünü Yuri Borisoviç Levitanın rolunda sınayıb nifrət etdiyi Azərbaycan dilinin qol-qabırğasını sındıra-sındıra bütün ölkəyə qaynar cəbhə xəbərlərini çatdırmağa çalışır.
Bu səhnə isə gənc bir qadının Qarabağ meşələrində azərbaycanlı əsgərləri öldürən pulemyot atəşlərinin səsi altında tək-tənha gəzişməsinin fonunda çox sarsaq və mənasız görünürdü...
Yanları açıq qırmızı don geyinmiş 36 yaşlı gənc qadının canlı teleyayımda peyda olmasını göstərən məşhur kadrlar çoxunun yadında qalmış olar. O, Azərbaycan qoşunlarının Mardakertdə necə yerləşməsini hərbi xəritədə göstərirdi. Bu nə idi: qeyri-peşəkarlıq, yoxsa xəyanət? Axı Barseqyanın gəlininin bu addımından cəmi bir neçə saat sonra Azərbaycan hərbi birləşmələrinin mövqeləri güclü atəşə tutuldu, xeyli itki oldu.
Siz Azərbaycan TV-sinin arxivindəki bu videokadrlara baxın. Dəhşətə gələcəksiniz. Barseqyanın alabəzək hərbi forma geymiş, saçlarını da yanına tökmüş gəlini - müzəffər Azərbaycan ordusunu təcəssüm etdirən bu gənc qadın Qarabağ meşələrində ağacların arası ilə dolaşa-dolaşa gəzir və ermənilər üzərində tezliklə qələbə çalmaqdan dəm vururdu.
Polkovnik Yunusun ağaclar arasında nazlana-nazlana, özünü göstərə-göstərə gəzdiyi həmin günlərdə isə Azərbaycan hərbi birləşmələrinin xəyanətindən yararlanan düşmənlər minalanmış əraziləri Şuşa üzərinə hücum ərəfəsində minalardan təmizləyib bu şəhərə aparan yolu açır, Azərbaycanın yaşayış məntəqələrini bir-birinin ardınca ələ keçirir, bununla da müdafiəsiz qalmış Şuşa qalasına addım-addım yaxınlaşırdılar.
L.Yunus sonralar olduğu kimi həmin günlərdə də ağzını açıb Azərbaycan ordusu komandirlərinin xəyanətkarlığı, qədim Şuşanın qapılarını ermənilərin üzünə açması barədə bir kəlmə danışmadı. Əksinə, Yunusun hüquq müdafiəçisi kimi bütün sonrakı fəaliyyəti yalnız və yalnız Şuşaya aparan cığır və yolları minalardan təmizləmiş şəxslərin adlarını Azərbaycan cəmiyyətindən gizlətməyə həsr olundu.
L.Yunus Şuşanın komendantını kor-koranə müdafiə edirdi. Onun komandir Elbrus Orucova sevgisinin həddi-hüdudu yox idi. L.Yunus Baş Qərargah rəisi postuna oturdulmuş Rusiya agenti Şahin Musayevin cinayətləri haqda kəlmə də kəsməyərək susurdu...
Şuşa təslim olub süqut etdi. Bilirsiniz nə vaxt? L.Yunus Müdafiə Nazirliyi analitik informasiya xidmətinin rəhbəri olandan düz 5 gün sonra!
L.Yunus bu postu tutan kimi də polkovnik hərbi rütbəsi aldı. Əlbəttə, yeni dövlət başçısı İsa Qəmbərin arxasında dağ kimi dayanmış Ramiz Yunusun xahişi ilə...
Şuşanın döyüşsüz təslim edildiyi günlərdə militarist-polkovnik L.Yunusun “şəxsi döyüşçüləri” Bakının mərkəzində, MUM-la üzbəüzdəki mənzilləri bir-birinin ardınca ələ keçirməyə başlamışdılar. Bununla da icra, qanunverici, hətta hərbi-siyasi hakimiyyət qollarında strateji postları ələ keçirən korrupsioner Yunuslar-Barseqyanlar klanının nümayəndələri üçün daha geniş hüdudlar, daha geniş fəaliyyət məkanları açılırdı. 1918-ci ildə olduğu kimi. Ermənilər onda da Bakının mərkəzini, erməni kilsəsinin həndəvərini belə ələ keçirmişdi.
Hər şey necə də tanışdır. İllah da bütün bu həqiqətlər özünü hakimiyyətə pərçimləyə bilən, əvvəllər nifrət etdiyi Elçibəyə, habelə müstəqil Azərbaycanın yeni siyasi məkanına soxulmuş əsas geosiyasi oyunçuların lobbiçilərinə kürsü, vəzifə naminə sədaqət andı içən indiki hüquq müdafiəçisi Yunusun öz dilindən səslənəndə...
Yunus artıq yeni rolda idi. Müdafiə Nazirliyinin polkovniki Qarabağdakı erməni əhalisinin tamamilə, son nəfərinə qədər məhv edilməsini tələb edirdi. Aydın məsələ idi ki, yalnız dildə, quru sözdə... O, ermənilərin deportasiyasında israr edirdi. Və əlləri əsə-əsə Azərbaycan ordusunun Ağdərədə (Mardakert) hücuma keçdiyini efirdən elan etməyə başlayırdı.
Az sonra isə artıq istefadakı polkovnik Yunus elə həmin titrək səsi ilə “dost erməni xalqı” ilə barışığın vacibliyi haqda danışmağa başlayacaqdı. Lakin bu, hələ çox sonralar - Müdafiə Nazirliyinin əliavtomatlıları polkovnik Yunusun mənzilinin sahəsini xeyli genişləndirəndən illərdən sonra olacaqdı.
L.Yunus müdafiə nazirinin hamının tanıdığı müavini Vahid Musayevin bilavasitə nəzarəti altında idi. Söhbət Rusiya hərbi kəşfiyyatına - Baş Kəşfiyyat İdarəsinə (QRU) birbaşa bağlı olan general V.Musayevdən gedir. L.Yunusu nazirliyə məhz o, işə götürmüş, bu sosdem xanımı analitik informasiya xidmətinə rəhbər təyin etməzdən əvvəl onunla uzun-uzadı söhbət etmişdi. Şuşanın ermənilərə qansız-qadasız və satqıncasına təslim edilməsi xəbərinin Azərbaycan xalqına necə çatdırılmasının, buna necə izah verməyin yolunu Yunusun qulağına məhz Musayev pıçıldamışdı. Yunus da bacardığı kimi izah eləmişdi...
Qobustan türməsindəki qiyamın təşəbbüskarı olan general V.Musayevi digər Musayevlə - Baş Qərargah rəisi Şahin Musayevlə qarışdırmayın. Bu Musayevin - Şahinin də rus hərbi kəşfiyyatı ilə sıx əlaqəsi faş oldu və o, ittiham edildi. Ş.Musayev Moskvaya qaçdı. Sonra o, Abxaziyada peyda oldu və separatçı respublikanın Baş Qərargahına rəhbərlik etməyə, Rusiyanın Tiflisə qarşı hərbi əməliyyatlarını planlaşdırmağa və həyata keçirməyə başladı.
L.Yunus Ş.Musayevi həmişə cəsur və sadiq azərbaycanlı döyüşçü kimi xarakterizə və yad edib, onun dövlətə xəyanətdə ittiham olunmasına qarşı çıxıb. Bu ittihamların “siyasi xarakter daşıdığı”nı yorulmadan təkrarlayıb...
L.Yunus Müdafiə Nazirliyindəki işinə məhz bu generalların patronajlığı altında başladı. 1993-cü ilin yanvarında baş hərbi analitik və informator kimi L.Yunusun taleyi tükdən asılı idi. Çünki alabəzək hərbi səhra geyimindəki bu militarist qadının əsas himayədarı vətənə xəyanət və bir sıra Azərbaycan şəhər və kəndlərinin ermənilərə təslim etmək ittihamlarından xilas olmaq üçün Rusiyaya qaçmışdı. L.Yunus yaranmış bu qeyri-müəyyən vəziyyətdən yaxa qurtarmaq, daha doğrusu, şəraitdən sui-istifadə etmək, Müdafiə Nazirliyi rəhbərliyinin dəyişməsindən (Elçibəy o zamankı nazir Rəhim Qazıyevi istefaya göndərmişdi) maksimum yararlanmaq üçün hərəkətə keçdi. L.Yunus hələ AXC-nin yarandığı vaxtlardan yaxşı tanıdığı o zamankı xarici işlər naziri, sadəlövh fizik Tofiq Qasımovun köməyi ilə XİN rəhbərliyində yüksək vəzifə almağa çalışırdı. Sərəncam demək olar ki, hazır idi. T.Qasımov bu azərbaycanlı “Levitan”ı xarici işlər nazirinin müavini təyin etmək təklifini Elçibəyin masası üzərinə qoymuşdu.
Yeni dövr başlayırdı. Azərbaycanın döyüş meydanındakı məğlubiyyətini sənədləşdirib rəsmiləşdirməkdən ötrü hərbçidən sülhsevər diplomata çevrilmək lazım idi. Döyüş meydanında məsələ həll olunmuşdu, qalırdı siyasət. Yeni dövr L.Yunusun qarşısında tamamilə yeni vəzifələr qoymuşdu. Yunus iybilən adamdır, küləyin haradan əsdiyini yaxşı bilir. Amma prezident Elçibəy L.Yunusun xarici işlər nazirinin müavini olmasını nəzərdə tutan sərəncamı imzalamaqdan gözlənilmədən imtina etdi.
L.Yunus oyundankənar vəziyyətə düşdü. O, Elçibəy hakimiyyəti zamanı özünün yeni, sülhyaradıcılıq missiyasını həyata keçirmək üçün şans əldə etməyə heç cürə nail ola bilmədi. Görünür, prezident özündənrazı sosdemin təhqiramiz çıxışını ona axıra qədər bağışlamamışdı.
Qarabağdakı müharibə isə davam edirdi. Azərbaycanın özünümüdafiə dəstələri (o zaman nizami ordu yaratmaq hələ də mümkün olmamışdı) rus-erməni ekspedisiya korpusu ilə qeyri-bərabər döyüşləri davam etdirir, Qarabağ torpaqlarının hər qarışı uğrunda mübarizə aparırdı.
Amma L.Yunus bütün bu qanlı döyüşləri görmürdü. Çünki onun qarşısında artıq tamamilə başqa vəzifə vardı. Müharibə söhbətlərini unutmaq lazım idi. Axı qarşıdan yeni biznes layihəsi gəlirdi. Bu layihəni ələ keçirməyə isə təkcə Leyla Yunus yox, Yunuslar ailəsinin Heydər Əliyevin gəlişi ilə hakimiyyət dəhlizlərindən qovulmuş bütün üzvləri can atırdı.
Yunuslar ailəsinin üzvləri Prezident Aparatı, Milli Məclis və Müdafiə Nazirliyindəki işlərini itirəndən dərhal sonra - 1994-cü ilin əvvəllərində hərbçi Leyla Yunus maliyyə mənbələri kifayət qədər şübhəli olan ABŞ Sülh Fondunun dəstəyi ilə özünə təşkilat yaratdı. Təşkilat “Azərbaycanın Sülh və Demokratiya İnstitutu” adlanırdı. L.Yunus tezliklə öz xəttini də açıqladı: işğal edilmiş Qarabağın gələcək statusunun necəliyindən asılı olmayaraq Ermənistanla və erməni xalqı ilə barışıq.
Əsas məsələ o idi ki, bu “dünyaya sülh” layihəsi yeni siyasi dividentlər və maddi qazanc vəd edirdi...
Yunusun öz ölkəsində yerləşən təşkilatının ofisi bir çox Qərb ölkələrinin xüsusi xidmət orqanları rezidentlərinin oylağına çevrilmişdi. Burada daha kimlər yox idi ki?! Almaniya səfirliyinin əməkdaşı Jasper Vik, amerikalılar Nikolas və Put Danilofflar, ABŞ səfirliyinin əməkdaşı Devid Kreyk, Vaşinqtondan gələn emissar Maykl Oks, ispaniyalı Luis Qarsiya...
L.Yunusun institutunun ofisi Rusiya və Qərb xüsusi xidmət orqanları əməkdaşlarının faktiki olaraq görüş yerinə çevrilmişdi. Xarici kəşfiyyat orqanlarının bütün rezidentləri burada müəyyən məbləğ ödəyərək Azərbaycandakı daxili siyasi vəziyyətə və Qarabağ cəbhəsində baş verənlərə dair müntəzəm informasiyalar, analitik material və arayışlar alırdılar.
N.Daniloff isə L.Yunusla xüsusi münasibətlər qurmuşdu. Bəli, yanılmadınız. Söhbət UPİ agentliyinin və “U.S. News & World Report” jurnalının Vaşinqton, London, Paris və Moskvadakı müxbirindən gedir. Məlum olduğu kimi, Daniloff 1986-cı il, sentyabrın 2-də SSRİ KQB-si tərəfindən həbs olunaraq casusluqda ittiham olunmuşdu. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bu ştatdankənar əməkdaşı yalnız ABŞ hökumətinin məsələyə ən yüksək səviyyədə müdaxiləsindən sonra azad olunaraq Moskvadan deportasiya edilmişdi. N.Daniloff bir neçə ildən sonra Bakıda peyda oldu. Yunuslar-Barseqyanlar ailəsinin rezidentlərin görüş yerinə çevrilən mənzilində...
Daniloff həmin təlatümlü 90-cı illərdə sözün hərfi mənasında Yunusun mənzilində məskunlaşmışdı. O, burada problemli Azərbaycandakı vəziyyətə dair bütün məlumatları ilkin mənbədən, necə deyərlər, birinci əldən alıb öz ölkəsinə göndərirdi.
Bütövlükdə isə L.Yunus xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa çox meylli idi. Türk xüsusi xidmət orqanlarının əməkdaşı, Azərbaycanda diplomatik fəaliyyət adı ilə maskalanan Üfüq Suarın, rusiyalı Mariya Salyenin, həmçinin Qarabağ separatçılarını açıq şəkildə dəstəkləyən ermənipərəst ictimai fəal Qalina Starovoytovanın əsas informasiya qaynaqları məhz Arif və Leyla Yunuslar idi. Özü də ərlə arvad xaricilərə ikisi də eyni vaxtda, paralel şəkildə işləyirdilər! Q.Starovoytova 1990-cı illərdəki çıxışlarında “Azərbaycandan olan dostları Ariflə Leyla”nın məlumat və fikirlərinə dəfələrlə istinad etmişdi.
Təsadüfi deyildi ki, L.Yunus müxalifətçi Vəhdət Partiyasının liderlərindən biri kimi 1997-ci ilin aprelində “Rusiyanın demokratik seçimi” ümumrusiya hərəkatı ilə (ona Yeqor Qaydar başçılıq edirdi) saziş bağlayandan sonra Azərbaycandakı milli azlıqların, ilk növbədə isə Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi öhdəliyini öz üzərinə götürmüşdü.
1995-ci ildə isə L.Yunus qəflətən Londona getdi - guya elmi tədqiqatlar aparmaq və doktorluq dissertasiyası yazmaq üçün... Yeri gəlmişkən, hərb tarixi üzrə ixtisaslaşan L.Yunus sonuncu dəfə Rusiyanın Həştərxan şəhərində tədqiqat aparıb. Bəs o, Britaniya arxivlərində nə axtarırdı? Ritorik sualdır.
Bütün bu illər ərzində L.Yunusun Debora adlı bir amerikalı qadınla da sıx əlaqələri olub. Həmin bu naməlum Debora Qarabağdakı aktiv döyüş əməliyyatlarının gedişi zamanı 14 dəfə (!) Ermənistan və Qarabağa gəlmişdi...
Azərbaycanda faktiki olaraq açıq-aşkar, maskalanmamış erməni agentləri rolunda çıxış edən adamların motiv və məqsədlərini başa düşmək çox çətindir. Arif Yunusun Qarabağa - “Dağlıq Qarabağ Respublikası” “prezident”inin sabiq mətbuat katibi Janna Krikorovaya elektron poçtla göndərdiyi məktuba nə ad qoymaq, onu necə izah etmək olar?!
Üslubuna da toxunmadığımız həmin məktubda deyilir:
“Mən indi regional əməkdaşlığımıza dair layihə üzərində işləyirəm. Məncə, yanvarın axırına hər şey hazır olacaq. Sonra görüşəndə, ya da e-mail vasitəsilə müzakirə edərik.
Təəssüf ki, hər şey yolunda deyil. Sadəcə olaraq sən özün Moskvada baş verənlərdən və bizim nümayəndə heyətinin hərəkətlərindən yəqin başa düşdün. Bu barədə Gevorka yazmaq istəmədim və istəmirəm. Amma Moskvadakı o qalmaqal sənin yadındadır. Onda Eldar və başqaları ərizə yazaraq bütün günahları təşkilatçıların, xüsusilə də Gevorkun üstünə yıxdılar. Sən elə bilirsən hər şey bununla da qurtardı? Yox. Onlar qayıdandan sonra Moskvadakı görüşlə bağlı mətbuat konfransı keçirdilər, öz ərizələrində nələrin olması haqda hər şeyi danışdılar. Bu zaman bütün günahları Gevorkun üstünə yıxdılar. Guya bu ermənilər bizim “şanlı Azərbaycan”ın nümayəndələri ilə görüşlərdə özlərini başqa cür apara bilmirlər.
Ümid Mirzəyev daha çox canfəşanlıq edirdi. Mənim Eldarla, Vüsalla və bu Ümidlə hansı münasibətlərdə olduğumu yəqin özün də başa düşərsən. İndi isə daha bir müştərək layihə, üstəlik qarabağlılarla birgə. Məncə, bilirsən ki, burada mənim haqqımda danışacaqlar, amma bu, lirikadır. Sadəcə olaraq kiminlə, nə ilə toqquşduğumuzu bilmək lazımdır. Layihə çox mürəkkəbdir və Gevorkun bunu bilməsi lazımdır.
Sən yazırsan ki, fevralda görüş olacaq. Nə vaxt və harada? Mən öz iş qrafikimi planlaşdırmalıyam. Sağlıqla qal. Arif Yunus”.
Arif Yunus Qarabağa və Ermənistana təkcə məktublar yazmırdı, həm də Qarabağ, Ermənistan və Rusiyadakı erməni qohumlarından çoxlu məktublar da alırdı.
(davamı olacaq)
Rəylər