Noy
2018
16:59
142
75
5549
Virtual karabakh

Bakıda avtomobillər niyə parkinqdə saxlanılmır? - REPORTAJ

Əhalinin sayının artması ilə əlaqədar olaraq şəhərdə avtomobillərin sayı durmadan artır. 

Buna görə də nəqliyyat vasitələrinin yerləşməsi üçün şəhərin müxtəlif yerlərində parkinqlər yaradılıb. Bakının Nəsimi rayonunda “Qış parkı” adlanan yerdə isə maraqlı vəziyyət yaşanır.

Belə ki, parkinq var, avtomobil saxlayan yoxdur. Sürücülər avtomobilləri parkın sağ və sol tərəfində yolun kənarında saxlayaraq digər nəqliyyat vasitələrinin gediş-gəlişinə maneə yaradırlar.

Problemlər və münaqişələr xüsusilə axşam saatlarında, vətəndaşlar işdən qayıdarkən baş verir. Sürücülər parkinqin hazırkı vəziyyətindən şikayətlənirlər.

Baku TV”nin mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik:

Sail Ağasəlimoğlu, Valeh Arifoğlu
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri